IQNA, Maide.az-a istinadla xəbər verir ki, bu münasibətlə tələbələr yürüş-mitinq təşkil ediblər. Yürüş-mitinq zamanı tələbələr əllərində "Biz Peyğəmbərimizi (s) valideynlərimizdən də çox istəyirik", "Ən yaxşı nümunə Peyğəmbərimiz Məhəmmədir (s)", "Bizim Peyğəmbərimiz (s) bizim şərəfimizdir" kimi şüarlar daşıyıblar.
Aliqar Musəlman Universitetinin əsası 1875-ci ildə qoyulub. Universitet 1920-ci ildən müstəqil universitet statusunu qazanıb. Hazırda universitetin 30 mindən artıq tələbəsi var. Universitetin məzunları arasında Hindistan və Pakistanın xeyli sayda dövlət və hökumət rəhbərləri var.